HPV-dən Qorunaq!
Regionda ilk maarifləndirici konfrans Medstar laboratoriyasında keçirildi . Məqsədimiz – sağlam gələcək, güclü cəmiyyət.
Sağlam cəmiyyət məlumatlılıqdan başlayır. Medstar laboratoriyasında İnsan Papilloma Virusu (HPV) ilə bağlı maarifləndirmə məqsədilə regionda ilk dəfə geniş tərkibli konfrans təşkil olundu.
Tədbirin əsas məqsədi HPV infeksiyasının yayılma yolları, risk faktorları, qorunma üsulları və erkən diaqnostikanın əhəmiyyəti barədə ətraflı məlumat vermək idi. Mütəxəssislər çıxışlarında xüsusilə vurğuladılar ki, HPV dünyada ən geniş yayılmış virus infeksiyalarından biridir və vaxtında müayinə həyat qurtara bilər.
Konfrans zamanı aşağıdakı mövzulara toxunuldu:
• HPV nədir və necə yoluxur?
• Qadın və kişilərdə yaratdığı risklər
• Skrininq müayinələrinin əhəmiyyəti
• Peyvəndlənmə və qorunma yoll
Maarifləndirmə tədbirində iştirak edənlər mövzu ilə bağlı suallarını ünvanlamaq və doğru tibbi məlumat əldə etmək imkanı qazandılar. Belə təşəbbüslər regionda sağlamlıq mədəniyyətinin formalaşmasına və erkən diaqnostikanın təşviqinə böyük töhfə verir.

Paylaş: